Home » Piramida?

Piramida?

Şəbəkə Marketinqini Piramida Sistemlərindən Ayıran Cəhətlər

Kimsə sizə yaxınlaşıb şəbəkə marketinqi ilə məşğul olmağı təklif edir. Lakin sizin ağlınıza gələn ilk fikir “Yəqin bu da o piramida sistemlərindən biridir” olur.

Şübhələnməklə və araşdırma aparmaqla düzgün hərəkət etmiş olursunuz çünkü piramida sistemi ilə işləyən şirkətlər qanunsuz fəaliyyət göstərir. Yaxşı xəbərlər budur ki, şəbəkə marketinq və çox şahəli marketinq şirkətləri (MLM) qanuni fəaliyyət göstərir və etik biznes modelinə uyğun işləyirlər. Gəlin bir yerdə şəbəkə marketinqinə üstünlük verən şirkətləri, piramida sistemiylə işləyən şirkətlərdən fərqləndirən cəhətləri incələyək. Lakin öncə şəbəkə marketinqi ilə piramida sistemi arasında olan oxşar cəhətləri təyin etmək labüddür.


Şəbəkə marketinqini tədbiq edən şirkətlərin mükafat ödəmə planlarını insanlara təqdim edərkən bir qayda olaraq insanlar bu plani quruluşuna görə piramidaya bənzədirlər. Bu bənzətmə qeyri-ixtiyari olaraq insanlarda qanunsuz piramida sistemi haqqında düşüncələrə gətirib çıxarır. Lakin insanlar bir həqiqəti nəzərdə tuta bilmir. Əgər yaxından incələnsə dünyada mövcud olan bütün biznes modelleri və təşkilatı qurumlar quruluşca piramidanı xatırladır. Aşağıda çəkilmiş olan sxemə baxın və özünüzə nəticə çıxarın;
nwmplan

Bu sxemdə də göstərildiyi kimi biznes modelinin və ya təşkilatın quruluş şəkli onun qanuni olub-olmadığına dəlalət edən əsas amil deyil. Əgər bu belə olmasaydı dünyada mövcud olan bütün şirkətlər, hökümətlər, din və dövlət təşkilatları qanunsuz fəaliyyət göstərmiş olardı. Gəlin nəticə çıxaraq.

Piramida Sistemi və Fırıldaq

Piramida Sistemi ilə işləyən şirkətlər adətən heç bir məhsul və ya xidmət təqdim etmədən yalnız pul alış-verişi vasitəsiylə mövcud sistemə insanları qoşaraq onların sayəsində fırıldaq vasitəsiylə pul qazanan şirkətlər kimi təsniflənir. Bir qayda olaraq bu sistem vasitəsiylə müvafiq təşkilata insan qoşma tempi tez bir zamanda düşərək şirkətin iflas etməsinə gətirib çıxarır. Nəticədə sistemə qoşulanların çoxu pullarını itirmiş olur.

Piramida sxemi ilə işləyən şirkətləri təsbit etmək çox asandır. Bu cür şirkətlər alıcılara heç bir məhsul və ya xidmət təqdim etmir. Digər amil isə bu cür şirkətlərin sizə mükafat ödəmə yolunda özünü büruzə verir. Adətən belə şirkətlərdə işləyən insanlar öz mükafat çeklərini sistemə müəyyən edilmiş sayda insan qoşduqdan sonra ala bilir. Qısaca desək piramida sistemiylə işləyən şirkətlər yalnızca sistemə adam qoşmağı tələb edir. Bu cür şirkətlərdə heç bir məhsul satışı və yaxud marketinq üsulu təsəvvürə belə gətirilmir.


Şəbəkə Marketinqi (Qanuni Biznes Modeli)

Şəbəkə Marketinqi anlayışı hər hansı bir şirkətə öz məhsullarını alıcılara birbaşa olaraq satmağı təmin edən distribyutorluq modelindən ibarətdir. Şirkətlər mediya və reklama külli miqdarda vəsait yatırmaq əvəzinə ta qədimdən effektiv hesab edilən ağızdan-ağıza ötürmə metoduna üstünlük verirlər. Beləliklə şəbəkə marketinqi ilə məhsul satan şirkətlər reklam agentliklərinə pul ödəmək əvəzinə şirkətin məhsullarını satan və yeni alıcılara şirkətin məhsullarını və xidmətlərini təqdim edən distribyutorlara mükafat çeklərini verir.

Şəbəkə Marketinqi Şirkətlərinin əsas hədəfi məhsullarının satılmasıdır. Əslində bir çox şirkət öz distribyutorlarına işə dəvət etdiyi yeni distribyutorlara görə deyil, satdıqları məhsulların həcminə görə pul ödəyir. Şirkətin məhsullarını satıb mükafat çeklərini almaq imtiyazına baxmayaraq bir çox insan sona qədər satıcı olmağı istəmədiyi üçün öz təşkilatlarına yeni distribyutorları dəvət edir və bununla da mükafat çeklərinin axını daha da sabitləşir. Bu isə nəhəng gəlirlərin qazanılmasına gətirib çıxarır.

Öz əməyimin 100-%-indən qazanmaqdansa, 100 nəfərin əməyinin 1-%-indən qazanmağı üstün tuturam.
Con Pol Getti (Amerikalı Milyarder)

Beləliklə şəbəkəyə daha çox distribyutorların cəlb edilməsi şirkətin məhsullarının satış həcminə birbaşa təsir edərək, şəbəkə daxilində olan insanların gəlirlərinin artması ilə nəticələnir. Əgər siz heç bir məhsul almadan hər hansı bir yeni distribyutoru şəbəkənizə daxil etsəniz o zaman sizə heç bir mükafat çeki verilmir. Çeklər yalnız şəbəkə daxilində satılan məhsulun həcminə görə verilir. Şəbəkəyə yeni distribyutorları cəlb etmək yeni alıcılar kütləsini artırir çünkü hər qoşulan distribyutor mövcud şəbəkə daxilində özünün şəbəkəsini yaratmağa can atır. Bu proses yüzlərlə hətta minlərlə distribyutordan ibarət olan şəbəkələrin formalaşmasına gətirib çıxarır.

Şəbəkə Marketinqi ilə məhsullarını satan şirkətləri piramida sistemiylə işləyən şirkətlərdən ayıran digər bir cəhət isə riyazi ədalət prinsipidir. Piramida sistemi ilə işləyən şirkətlərdə maliyyə piramidasının ən üstündə duran insanlar bütün pulları qazanarkən piramidanın altında duranlar yəni piramidaya ən son qoşulanlar heç nə qazana bilməyir. Bununla da sistem çökmüş olur. Bu cür çöküşün qarşısını almaq üçün şəbəkə marketinqi ilə məhsul satan şirkətlər öz distribyutorları üçün satılan məhsul həcmindən əldə etdikləri gəlirlərə müvafiq limitlər qoyur. Bu isə öz növbəsində maliyyə axınını tam olaraq tənzimləyir. Şəbəkəyə qoşulan birinci və sonuncu distribyutorların gəlir əldə etməsi üçün bərabər hüquqlu zəmin yaradılır. Bu isə distribyutorların ruhdan düşməyərək daha çox məhsul satmasına və nəticədə daha çox pul qazanmasına səbəb olur.

Xatırladaq ki, şəbəkə marketinq şirkətlərinin mükafat ödəmə planları müxtəlif olur. (Matrix, Unilevel, Binary və s.)

Qısaca desək piramida və şəbəkə marketinq şirkətlərinin oxşar quruluşu ola bilər (Yuxarıdaki, sxemdə göstərildiyi kimi ikisi də quruluşca piramida şəklinə bənzəyir və sistemə yeni nəfərləri daxil etmək olur) lakin şəbəkə marketinqi piramida sistemindən fərqli olaraq qanuni biznes modelinə uyğun tədbiq olunur. Hal-hazırda birbaşa satış və şəbəkə marketinqi dünyanın aparıcı biznes və siyasi liderləri (Uoren Baffet, Donald Tramp, Robert Kiyosaki, Bill Klinton və s.) tərəfindən dəstəklənir və təbliğ olunur.

Əgər hər şeyimi itirib biznesə yenidən başlamalı olsam heç düşünmədən gedib şəbəkə marketinq şirkətlərindən birinə qoşulub işləməyə başlayardım.
- Donald Tramp (Deyvid Letermanın Şousunda)


Əfsuslar olsun ki, bəzi piramida şirkətləri şəbəkə marketinq şirkətlərinin iş prinsipini mimika etməyə başlamışdır. Bunun üçün də biz sizə hər hansı bir şirkətə qoşulmazdan öncə mühüm olan amillərə fikir verməyi tövsiyyə edirik. Xüsusiylə də iki sualı nəzərinizdə tutun;

1. Şirkətin sizə təklif edə biləcəyi qanuni məhsullar varmı?

Verdiyiniz pulun əvəzində yaxşı gəlir əldə etmək fürsətindən başqa nə alırsınız? Əgər şirkət sizə heç bir məhsul, xidmət və ya təlim kursu təqdim etmirsə o zaman siz potensial fırıldağın qurbanına çevrilə bilərsiniz.

Mükafat çeklərini satdığınız məhsulun həcminə görə alırsınız yoxsa sistemə qoşduğunuz nəfərlərin sayına görə?

Əgər şirkət sizə yalnız sistemə qoşduğunuz nəfərlərin müqabilində pul verirsə dərhal o şirkətlə işləməkdən imtina edin!

Uzunmüddətli müvəffəqiyyəti təmin edə bilmək üçün nəzərə almalı olduğunuz bəzi məqamlar vardır:

• Distribyutoru olmaq istədiyiniz şirkətin fəalliyyət müddətini öyrənin.

Bəzi insanlar düşünür ki, şəbəkə marketinq şirkətlərinə nə qədər tez qoşulsan o qədər çox gəlir əldə etmiş olarsan. Halbuki bu belə deyil. Fəalliyyət müddəti beş ildən çox olan şirkətlərlə əməkdaşlıq etmək ən düzgün addımlardan biri hesab edilir. Şirkət özünü biznes arenasında sübuta yetirmiş olmalıdır.

• Şirkətin təqdim etdiyi biznes fürsətı həddindən artıq fantastik bir xarakter daşımamalıdır.

Şəbəkə marketinqiylə məşğul olan şəxslərin böyük məbləğdə pul qazanması normal haldır. Lakin bu işdə milyonları qazanan insanlar inanılmaz dərəcədə iradəli və zəhmətkeş insanlardır. Sizə əmək sərf etmədən pul qazanmaq vədlərini verən şirkətlərə aldanmayın və stabil biznes plan təklif edən şirkətlərlə əməkdaşlıq edin!

• Şirkətlərin sizə təqdim etdiyi treyninq (təlim) sistemlərinin keyfiyyəti çox mühümdür. Dünyanın ən tanınmış biznes məsləhətçilərindən biri olan Robert Kiyosaki deyir:

“Şəbəkə marketinqi ilə məhsul satan şirkətlərin treyninq (təlim) metodikası adətən satılan məhsullardan daha mühüm hesab edilir. Əgər şirkət treyninq prosesinə, təlim-tədris vəsaitlərinə əhəmiyyət vermirsə o zaman həmin şirkətlə əməkdaşlıq etmək məqsədə uyğun deyil.”

Adətən prestijli şəbəkə marketinqi şirkətləri hər il iri miqyaslı konferanslar və seminarlar təşkil edir. Bu seminarlarda dünyanın ən aparıcı şəbəkə liderləri və biznes mütəxəssisləri iştirak edir.