Administratordan
Salam. Mənim adım Orxandır və mən Şəbəkə Marketiqi-nə həsr edilmiş nwm.az saytının yaradıcısıyam. Bu saytı yaratmaqda əsas məqsəd hər hansı bir Şəbəkə marketiqi şirkətinin reklamı deyil, bütövlükdə bu industriya haqqında sizə məlumat verib maarifləndirməkdir. Səbəb isə odur ki, informasiya əsri olan 21-ci əsrdə yaşamağımıza baxmayaraq bir çox insan acı həqiqət də olsa cahillik içərisində yaşayır. Biz məktəbi əla oxuyub, universitetə daxil olub yüksək maaşlı iş dalıyca qaçırıq. Ancaq sonda heç də hər şeyin bizim təsəvvür etdiyimiz kimi olmadığını görürük. Bəli ola bilər kimlərsə əla işlə təmin olunub, karyera uğrunda mübarizə üçün bütün varlığı ilə çalışır. Ancaq hər kəs belə olmur. Nə isə mövzudan kənara çıxmayaq.
Əsas məqsədimiz bu sayt və burda sizə yazılanlar barədə sizə məlumat verməkdir. Niyə məhz bu mövzuda sayt yaratdıq? Çünki Azərbaycanda bu industriya haqqında geniş məlumat verəcək veb portal yoxdur, olanlar isə bu mövzunu tam əhatə etmədən ayrı-ayrı məqsədlərə xidmət edir. Çünki bir çox insanın bu industriya və biznes növü haqqında bilikləri sıfır deyil, ümumiyyətlə tam mənfidir. Səbəb isə ürəyiniz istəyən qədər: aldığımız köhnəlmiş təhsil, 90-cı illərdə demək olar hər birimizin qurbanı olduğumuz fırıldaq şirkətlər, yetərincə məlumatın olmaması və ən əsası da özümüzü hər kəsdən ağıllı saymağımız. Kimlərsə mənlə razı olmaya bilər, ancaq mənim gördüyüm bunlardır. Əslində mən özümdə bu cür düşünən insan idim. Hətta Şəbəkə marketinqinin adı gələndə bir çoxları kimi “eeeeeeeeeee yenə bu gəldi”, “fırıldaq”, “loxotron” və s. fikirləşərək həmin adamdan uzaq durmağa çalışırdım. Bəs niyə belə edirdim? Çünki həmin Şəbəkə biznesini mənə təklif edən tanışlarım belə bu industriya haqqında yetərincə məlumata malik deyildilər və bir çoxu indi belə malik deyil. Şəbəkə marketinqini ilk dəfə mənə başa salanda bunun Piramida və fırıldaq olduğunu demişdim. İndi yadıma düşəndə gülməyim gəlir. Bu biznesi düzgün başa salandan sonra işə girdim. Ancaq onda belə yetərincə məlumatım yox idi. 5 ay araşdırma apardıqdan sonra, bu biznes haqqında dünya üzrə tanınmış və kitabları bestseller olmuş 20-yə yaxın yazıçının bu industriya və ümumiyyətlə biznes barədə oxuduğum kitablardan sonra Şəbəkə Marketinqinin nə olduğu və nəyə qadir olduğunu öyrəndim və inandım. Məhz buna görə də bu saytı yaratmaq fikrinə düşdüm. Çünki interneti açıb Şəbəkə marketinqi yazıb düyməyə basmaq kifayətdir ki, bu bizness haqqında bir çox mənfi fikirli insanların yazılarını oxuyasan. Təzə-təzə səhv elədiyimi belə düşünürdüm. Ancaq sonradan analdım ki, bu işi pisləyənlər danışdıqları barədə zərrə qədər belə məlumata malik deyillər və onların sözləri öz uydurduqları fikirlər və onlardan əvvəl uydurulmuş fikirlərə əsaslanmaqdan başqa bir şey deyil. Düzdür bəzi hallarda insanlar mənfi hallar ilə rastlanaraq öz fikrilərini formalaşdırırlar. Çünki bəzi şirkətlər həqiqətən də Şəbəkə marketinqi adı altında insanları aldatmaq və onların pullarını soymaqla məşğul olurlar. Və məhz yaxşını pisdən ayırmaq, indiyədək eşidib- bilmədiklərinizi sizə çatdırmaq üçün bu sayt yaradıldı.
Bu saytda Şəbəkə Marketinqi haqqında bütün həqiqətləri və yalanları, İnkişaf etmək və yuxudan ayılmaq üçün yardımçı olacaq kitab və müxtəlif materialları, işinizdə dəstək olacaq məqalələr və uğur hekayələrini tapa bilərsiniz. Bu sayt təmamilə şəbəkə marketinqi biznesinə həsr olunur və ümid edirəm ki, tezliklə sizin ən yaxın bələdçinizə çevriləcək.
Hələlik bu qədər, başınızı yormayın. Deməli çox söz var, ancaq hamısı birdən olsa başınız şişər. Odur yavaş-yavaş bu saytı dolduracayıq ki, hər şeyi asanlıqla həzm edə biləsiniz. Hə yaddan çıxmamış bu saytı öz dostlarınıza da tövsiyyə etməyi unutmayın. Diqqətiniz üçün minnətdaram, Hər kəsə UĞURLAR!!!

