Sizi saxlayan nədir?
Bu məqaləmdə Şəbəkəçilər deyil Şəbəkə Biznesinə qoşulmaq istəməyənlər, daha doğrusu insanların nə üçün qoşulmadıqları barədə bəhs edəcəyəm. Kimsə düşünə bilər; “Sən Şəbəkəçisən ona görə də bizim admızdan danışmağın da düz deyil” – ancaq, yanılırsınız. Çünki, mən də sizin kimi vaxt olub bu işə qarşı olmuşam, min bir bəhanə ilə özümdən uzaq eləmək istəmişəm. Amma, fırlanıb-fırlanıb yenə də gəlib Şəbəkə Marketinqi ilə məşğul olmağa başladım.
Sizə bu işi birinci, ikinci, üçüncü və ya fərqi yoxdur neçə dəfə təklif etmələrinə baxmayaraq, hələ də öz dediyinizdə durmusunuz. Hər dəfə də müxtəlif bəhanələr gətirir və çox vaxtda bir-iki əsas bəhanənin daha effektiv işlədiyini görərək, ondan daha çox istifadə etməyə başlayırsınız. Ancaq, gəlin həqiqəti boynumuza alaq ki, Şəbəkə Marketinqinə qoşulmamağınızın səbəbi sadalaya biləcəyiniz milyonlarla bəhanələrdən heç biri deyil, üstəlik heç yaxınlığı da yoxdur.
Biriniz deyir – “Piramidadır!!!” – amma neçəniz piramidanın nə olduğunu bilir? Təəssüf olsun ki, piramida haqqında bilgiləriniz onun adı ilə vizual görünüşündən o yana keçmir. Ancaq, çox zaman məhz piramidadır deyə boyun qaçırırsınız.
Digəri dini baxışları və yaxud din ilə bağlayaraq boyun qaçırır. Ancaq, neçə belə dindarın namaz qıldığı, fitrə verdiyi, oruc tutduğunu göstərə bilərsiniz? Yenə də bu cür düşünənlərdən də soruşsam – “bu işin haram tərəfi nədir?” – cavabları ya həqiqətə uyğun olmayan, ya da ki, hardansa eşitdiyi səhv məlumat üzərində durur. “Bəs siz özünüz heç araşdırmısınız? Özünüz heç fikirləşmisiniz?”- təbii yox. Başqalarının fikirlərinə əsaslanaraq fikir yürütmək asanddır. Çünki, sabah həmin fikir səhv çıxarsa, günahi kimin isə boynuna atmaq olar.
Din və Şəbəkə Marketinqi haqqında oxu.
Kim isə bu işin iqtisadiyyat vurduğu ziyan, ölkədən xaricə axan pul və digər iqtisadi faktorlara əsaaslanaraq imtina edir. Güldürməyin məni. Biz məgər bağlı iqtisadiyyatı olan ölkəyik? Əyninizdə geyindiyinizin 95%-i, yediyiniz yeməyin 80%-i, işlətdiyiniz texnikanın 99%-i xaricdə istehsal olunub və bura idxal edilib. Hər gün milyardlar ilə pul xaricə axır və hər gün milyardlar ilə pul ölkəyə daxil olur. Həm artıq dünyanın çoxsaylı iqtisadçıları Şəbəkə Marketinqinin dünya iqtisadiyyatın verdiyi töhvələrdən danışır və rəqəmlər ilə bunu sübuta yetirirlər. Şəbəkə Marketinqi qədər dünyaya milyonçu verən ikinci sənaye yoxdur. Xaricdə Universitetlərdə Şəbəkə Marketinqini və elektron ticarəti ayrıca bir fənn kimi keçdiklərdi halda, bizim iqtisadiyyat dərsliklərində olmaması o demək deyil ki, bu biznes növü iqtisadiyyata ziyan vurur. Əksinə, bu geniş araşdırılası və həddindən çox xeyri olan bir sənayedir. Həm indiyə qədər mənə bu arqumenti gətirən insanlardan biri də İqtisadiyyat fakultəsini bitirməmiş insanlar olub və indiyədək bircə nəfər olsun belə İqtisadiyyat fakultəsini bitirən insan bu səbəbi bəhanə kimi ortaya qoymayıb.
Şəbəkə marketinqinin iqtisadi göstəriciləri haqqında oxu.
Bunlardan başqa daha hansı bəhanələr var? Məhsul bahadır, keyfiyyətsizdir, bu iş qeyri-qanunidir, pulum yoxdur, mənlik deyil, vaxtım yoxdur, tanışım yoxdur, sən nə qədər qazanmısan, pul mənim üçün vacib deyil, mən öz peşəmi sevirəm və daha nələr-nələr. Fantaziya işlədikcə bəhanələr də rəngarəngliyi ilə seçilirlər.
Ancaq, bunu siz də biz də çox gözəl bilirik ki, əsas səbəb bu deyil. Bəs onda nədir sizi saxlayan?
Sizi saxlayan isə Qorxudur. Bəli, adi qorxu. “Mən qorxaq deyiləm!!!” – bla bla bla. Siz qorxursunuz ki, sizdə alınmaz. Siz qorxursunuz ki, iş yerinizi itirərsiniz. Siz qorxursunuz ki, dostlar, tanışlar, ailə üzvləri sizin yeni işiniz ilə əlaqədar sizə gülə və lağa qoyarlar. Siz qorxursunuz, çünki bu işdə öhdəçilik var və hər bir şey sizdən asılıdır. Yenə də hər şey qayıdır ona görə ki, sizdə alınmaz deyə fikirləşirsiniz. Məhz bu səbəblərdən siz bu işdən qaçırsınız və heç bir mənası olmayan bəhanələr gətirirsiniz. Niyə kimsə demir ki, məndə alınmadı? Deyilənlər isə ya mənim dostum, tanışım girdi pulunu batırdı, ya da ki, bu fırıldaq idi və məni aldatdılar. Bu işdə qazananlar isə deyir ki, mən qazanmışam. Qazanmayan isə ya tənbəldir, yada ki, işə yeni başlayıb.
Bəs niyə qorxursunuz? Hər bir insanın öz “komfort zonası” var və insan həmin zonadan kənara çıxdıqda artıq özünü narahat hiss etməyə başlayır. Bu müxtəlif cür ola bilər. Məsələn mən hər zaman idman stilli geyinmişəm. Kostyum geyərək küçəyə çıxanda isə, mənə elə gəlirdi ki, hər kəs mənə baxıb gülür. Halbuki heç kəsin heç vecinə də deyildi mən necə geyinmişəm.
Siz heç ömrünüzdə bahalı restoranda oturub yemisiniz? Niyə menyunu soldan sağa deyil, sağdan sola oxuyursunuz? Niyə istədiyiniz yeməyi deyil, menyudan ən ucuz yeməkləri seçib sifariş verirsiniz? Niyə kabab yemək istədiyiniz halda, mərci şorbasını sifariş verirsiniz? – “Mənim kefim bunu istəyir!!!” – boş-boş danışmayın. Siz cibinizin keyfiylə oturub durursunuz, öz keyfinizsə kənarda durub fit çalır.
Mən demirəm 200 manat maaş alıb, elə yarım saatın içində bahalı restoranda onun 100 manatının başına daş salasınız. Ancaq, arada bir bu cür vaxt keçirtməsəniz nədən imtina etdiyinizi analamayacaqsınız. Bu cür davranış sizi yuxudan ayıldıb 200 manatdan daha çox qazanmaq istəyi oyadacaq və siz bitki kimi bir yerdə çürümək əvəzinə daha yüksək gəlirli iş axtarmağa çalışacaqsınız.
Siz hələ də Second Hand və ya Pakistan mallarından geyinirsiniz? Şkafınızı açın bir baxın neçə dənə geyiminiz şəhərdəki bahalı dükandan alınıb? Şübhəsiz bir neçəsi var. Ancaq, siz onları elə səliqəylə qoruyub saxlayırsınız ki, elə bil antikvariatdır. Niyə? Çünki, bu geyimlər daha rahat, daha gözəl və səliqəlidirlər. Elə isə niyə onlardan daha çox almırsınız? Yenə də çünki, siz o geyimi aldığınız dükanın qapısından girər girməz özünüzü narahat hiss edirsiniz.
Bütün bunlar sizin özünüz üçün yaradıb, qəbul etdiyiniz və ondan kənara çıxdıqda özünüzü narahat hiss etdiyiniz “komfort zonanızdır”.
Əvvəllər ucuz köynəklər alıb geyinirdim və heç kəsin heç vecinə də deyildi əynimdəki köynək. Heç özümün belə. Ancaq, mənə hədiyyə olunmuş və tanınmış brenddən alınmış bahalı köynəyi geyinəndən sonra, məni tanıyan hər kəs köynəyim haqqımda kompliment və mənə necə yaraşdığını dəfələrlə deyiblər. Üstəlik hardan və neçəyə aldığımı da soruşurlar. Çünki, köynək həqiqətən də həm keyfiyyətli, həm yaraşıqlı, həm də çox rahatdır. Odur qərara gəldim ki, bir daha ordan burdan, keyifyyətsiz köynək almayım. Axı niyə də almalıyam?
Kiçik bir hekayə danışım daha aydın olsun.
Filləri kiçik olarkən boynundan ip ilə yerin çox dərininə batırılmış bir taxtaya bağlayırlar ki, qaça bilməsin. Fil balası özünü nə qədər dartsa belə, çubuğu yerindən dartıb çıxara bilmir. Sonda, bütün ümidləri kəsilir və o ipi dartmağa bir daha cəhd etmir. Lakin, fil böyüyür və neçə tonluq bir heyvana çevrilir. Cəmi bircə hərəkəti ilə çubuğu yerdən dartıb çıxara bilər. Ancaq, o bunu etmir. Çünki, artıq uşaq yaşından onun beynində qalıbdır ki, çubuğu yerdən datıb çıxartmaq mümkün deyil və onun “komfort zonası” boynunda olan ipin uzunluğu qədərdir.
İndi bizlər də çox zaman öz komfort zonamızı uşaqlıq yaşlarımızdan beynimizə yeridilmiş bəlli, misallar əsasında təyin edib, həmin zonadan çıxmaq təklifi gələndə dayanırıq. Ancaq, bircə addım edib çubuğu yerindən çıxara biləcəyimiz halda, bəhanələr gətirərək bundan imtina edirik.
İlk öncə, öz komfort zonanızın nədən ibarət olduğuna baxın. Ondan sonra isə fikirləşin ki, bu zonadan kənarda nələr var və nələr əldə edə bilərsiniz. Yox desəniz ki, mənə elə burdada yaxşıdır onda sizə ən sevidyim “Bəyin Oğurlanması” filmindən, rəhmətlik Hacı İsmayılovun kəlməsini demək istəyirəm:
- Ay kişi, istəmirsən səni xaricdə baxıb görsünlər?
- Yox istəmirəm!!!
- Səni elə görməsələr yaxşıdır.
Hər kəsə Uğurlar və Komfort Zonasının genişlənməsini arzu edirəm!!!
Mstyle







ehsen,ela yazi idi,teshekkurler
gozel yazidir.dini cehetden kimse haram oldugunu subut ede biler?
Leave your response!
Aforizmlər »
Ağlamaq qorxusundan gülmək istəmirik.
Müəllimin sözlərindən: “İnsanların çoxu xoşbəxt olmaqdan qorxurlar. Onlar üçün tam bir həyat yaşamaq, bir çox vərdişlərinin dəyişidirilməsi və şəxsiyyət hisslərinin itirilməsi deməkdir. Çox zaman bizlər öhdəmizə düşən yaxşı işlərdən gileylənirik. Bəzən onları qəbul etmirik, çünki …
Məqalə »
Öz-özümlə baş-başa
“Elmlə məşğul olanlara məlumdur ki, ilk inkişaf etmiş elm sahəsi astronomiya, inkişaf yoluna ən son qədəm qoymuş elm isə psixologiyadır. Elə buna görədir ki, insanlar başqa aləmləri öyrənməyə daha meyllidirlər, nəinki özlərini tanısınlar və ya …
Relax »
Bir az rahatlanın…
Imtina mövzusunda anekdot:
- Yer nə formasındadır?
- Yumru.
- Sübut edə bilərsən?
- Qoy onda kvadrat olsun, mən etiraz etmirəm.
Sual: Niyə insanlar uça bilmirlər?
Pişiklərdən qorxmurlar.
Ağcaqanad və milçəklər dadlı deyillər.
Yaxşı uçuş xətti baha başa gəlir.
Sənə güləndə havaya qalxmaq çətin işdir.
Küləyə qarşı uçanda üzünə …
Kateqoriyalar
Axtaran Tapar
Səhifələr
İstifadəçi paneli
Keçidlər
Arxivlər
Teqlər
Şəbəkə marketinqi Богатый папа бедный папа Amway Azərbaycan birbaşa satış Biznes Bodo Shefer dövlət dünya DİN distribyutor e-book Elektron ticarət fiziki şəxs hüquq Hüquqi şəxs halal haram Karl Reinborq Kasıb Ata lider Milyarder MLM Money Motivasiya Network Marketing Nutrilite Nutrilite products NWM Piramida pul Qanun qanunvericilik QuestNet Robert T.Kiyosaki sahibkarlıq satış SECRET Sponsor uğur var-dövlət Varlı Ata yox zaman
WP Cumulus Flash tag cloud by Roy Tanck requires Flash Player 9 or better.
Reklam
Statistika
NWM.az QR-code